Qarlı-şaxtalı günlərdə Ağsu dolaylarında nəqliyyatın intensiv hərəkəti təmin olunur
Ağsu, 17 dekabr (AZƏRTAC). Dekabrın 15-dən başlayaraq fasilələrlə yağan qar Bakı-Şamaxı-Yevlax magistiral yolunun 14 kilometrlik Ağsu dolayları hissəsində bir sıra çətinliklər yaratsa da həyata keçirilən operativ və ardıcıl tədbirlər nəqliyyatın intensiv hərəkətini təmin etmişdir.
AZƏRTAC xəbər verir ki, Ağsudakı 12 nömrəli yol istismar idarəsinin kollektivi dolayların qardan təmizlənməsi, xüsusilə dolaylarda sürücülər üçün yolun daha təhlükəli əraziləri hesab edilən 16 sürüşmə zonalarının yoxlanılması, nəqliyyatın hərəkətinə mane olan əngəllərin dərhal aradan qaldırılması üçün qüvvəsini səfərbər etmişdir. İlk andan etibarən yola 1 nəfər iş icraçısı, 2 yol ustası və 15 fəhlə xidmət edir. Onların sərəncamına 3 qreyder, 2 bulduzer, 8 yük maşını verilmişdir.
Yola mütəmadi olaraq qum, daha təhlükəli ərazilərə isə həm də duz səpilir. Bu məqsədlə idarə tərəfindən 17 ton duz alınmışdır.
Görülən operativ tədbirlərin nəticəsidir ki, dolaylarda nəqliyyatın hərəkətində fasilələr yaranmamışdır. Lakin bütün bunlara baxmayaraq Ağsu dolayları qarlı-şaxtalı havalarda nasaz avtomobillər və təcrübəsiz sürücülər üçün təhlükəli olaraq qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]