QARŞIYA QOYULAN VƏZİFƏLƏR YERİNƏ YETİRİLİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, bu il iyulun 3-də ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə həsr edilmiş müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı tədbirlər görülür. Balaxanı, Ramanı, Zabrat, Maştağa, Sabunçu, Zığ qəsəbələrində və “Bibiheybətneft” NQÇİ-nin ərazisində yerləşən neftlə çirklənmiş ərazilərdə, nefti tükənmiş yataqlarda rekultivasiya və yaşıllaşdırma işləri aparılır. Bakıxanov qəsəbəsində ümumi tutumu 400 kubmetr olan 3 ədəd su hovuzunun Səbail rayonu, 20-ci sahədə çirkab suları kanalının dənizə tökülən yerində təmizləyici qurğunun, Lökbatan qəsəbəsində 200 çarpayılıq xəstəxananın tikintisi, Lökbatan-Qızıldaş avtomobil yolunun təmiri, Ramanı tunelinin bərpası, Zığ qəsəbəsində istirahət parkının salınması işləri də uğurla davam etdirlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [17:12]