QASIRĞA CƏNUB BÖLGƏSİNİN TƏSƏRRÜFATLARINA ZİYAN VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də axşam saatlarından başlanan və şiddətli cənub-şərq küləyi ilə müşayiət edilən yağışlar cənub bölgəsinin təsərrüfatlarına ziyan vurmuşdur.
Qasırğa Lənkəran, Lerik və Yardımlı rayonlarında irigövdəli ağacları kökündən qoparmış, elektrik naqillərini sıradan çıxarmışdır. Nəticədə bölgənin avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranmış, bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr olmuşdur.
Rayonlarda fəaliyyət göstərən fövqəladə hallar komissiyaları təbii fəlakətin vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirərək yıxılmış ağacları yollardan təmizləmiş, qırılmış elektrik naqilləri yenisi ilə əvəz edilmişdir.
Sentyabrın 12-də cənub bölgəsinin bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində yaranmış fasilələr aradan qaldırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]