QAX ŞƏHƏRİNƏ YENİ SU KƏMƏRİ ÇƏKİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Ağçay kəndinin yaxınlığındakı Qarabulaq ərazisindən başlanğıcını götürən yeni xəttin uzunluğu 1460 metrdir. Burada 100 metr uzunluğunda drenaj sistemi də quraşdırılacaqdır. “Azərsu” Səhmdar Cəmiyyətinin maliyyələşdirdiyi kəmərin çəkilişinə 120 min manat vəsait tələb olunur. Zaqataladakı 20 nömrəli Tikinti idarəsinin çəkdiyi kəmərin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.