QAXDA ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ziyalıların, əmək kollektivləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini Məmməd Xasıyev dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini geniş şərh etmiş, onun şərəfli və mənalı ömür yolundan söhbət açmış, bu yolun indiki və gələcək nəsillər üçün böyük bir həyat məktəbi olduğunu xüsusi vurğulamışdır.
Konfransda çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov və digər natiqlər bütün ömrünü öz xalqının tərəqqisinə, millətinin sıx birliyinə və dövlətçiliyimizin möhkəmlənməsinə həsr edən əbədi liderimiz Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərliyi dövründəki əvəzsiz xidmətlərini bir daha xatırlamış, böyük öndərimizə sevgi və məhəbbətlərini, dərin ehtiramlarını ifadə etmişlər.
Ümummilli liderimizin doğum gününə həsr olunmuş elmi-nəzəri konfransda Heydər Əliyevin həyatından bəhs edən qısametrajlı film nümayiş etdirilmişdir.