Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaxın seçki məntəqələrində yüksək seçici fəallığı qeydə alınır - REPORTAJ

Qax, 7 fevral, Mustafa Dadaşov, AZƏRTAC

113 saylı Qax-Şəki seçki dairəsinin seçki məntəqələrində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri seçicilərin fəallığı şəraitində davam edir. Səsvermə hüququ olan vətəndaşlar səhər saatlarından etbarən seçki məntəqələrinə gəlir, müstəqil Azərbaycanın daha da inkişaf etməsi, qüdrətlənməsi naminə öz vətəndaşlıq borclarını yerinə yetirməyə tələsirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seçki dairəsinin digər məntəqələrində olduğu kimi, 4 saylı seçki məntəqəsində də səhər saatlarından yüksək seçici fəallığı müşahidə olunur. Qax rayon Mədəniyyət Mərkəzində yerləşən seçki məntəqəsində səsvermənin gedişini veb-kamera vasitəsilə izləmək də mümkündür. Eyni zamanda, səsvermə prosesini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 9 nəfər yerli müşahidəçi izləyir.

Səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün məntəqədə lazımi şərait yaradılıb. Seçici şəxsiyyətini təsdiqləyən müvafiq sənədi təqdim etdikdən sonra ultrabənövşəyi lampa vasitəsilə onun sol əlinin baş barmağının gözə görünməyən mürəkkəblə işarələnib-işarələnmədiyi yoxlanılır. Sonra seçicinin barmağı gözə görünməyən mürəkkəblə işarələnir və ona bülleten verilir.

Məntəqə seçki komissiyasının sədri Dilşad Mustafayevanın məlumatına görə, məntəqə üzrə 1007 seçici qeydə alınıb. Onlardan 9 nəfərinin yaşı 80-dən yuxarıdır. İlk olaraq məntəqə üzrə ən yaşlı seçici, 1930-cu il təvəllüdlü Davudova Firuzə Nəbi qızı seçki bülletenini götürüb, seçimini edərək seçki qutusuna atıb. Seçkidə iştirak etməkdən qürur hissi keçirdiyini vurğulayan Firuzə nənə ürək sözlərini AZƏRTAC-la bölüşüb: “Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkiyə də böyük həvəslə gəldim. Seçki məntəqəsində məni çox yaxşı qarşıladılar, təlimatlandırdılar. Seçki bülletenində olan namizədlərin adlarını diqqətlə oxudum. Ən layiqli namizədə, ölkəmin inkişafını təmin edə biləcək insana səs verdim”.

Seçicilərə yaxınlaşıb, onların səsvermənin gedişi ilə bağlı fikirlərini öyrənirik. Təhsil işçisi Kifayət Fərhadova deyib: “İndiyədək bir çox seçkilərdə iştirak etmişəm. Budəfəki seçkilər isə digərlərindən fərqlənir. Bu seçki Zəfər seçkisidir. Qəhrəman Ordumuz 44 günlük Vətən müharibəsində doğma Qarabağımızı düşmən işğalından azad edib, ərazi bütövlüyümüz bərpa olunub. Uzun illər arzulayırdıq ki, torpaqlarımız geri alınsın, məcburi köçkünlərimiz evlərinə qayıtsın, Qarabağımızda da seçkilər keçirilsin. Arzularımız artıq reallaşıb. İndi Azərbaycan bütövləşib. Prezident seçkiləri ölkəmizin bütün ərazisini əhatə edir. Bu gün hamımızın bir arzusu var: Azərbaycan daha da inkişaf etsin, qüdrətlənsin. Ona görə də mən bu gün böyük həvəslə səs vermək üçün məntəqəyə gəldim, arzuladığım namizədə, sabitliyə, əmin-amanlığa, Azərbaycanın xoşbəxt gələcəyinə səs verdim”.

Həmin məntəqədə səs verən rayon ağsaqqalı Mais Şabanov da səsverməyə böyük ruh yüksəkliyi ilə gəldiyini bildirib: “Açığını deyim ki, budəfəki seçkilərdə yaradılan şərait əvvəlkilərdən də yüksəkdir. Səsvermə gözlədiyimizdən də yaxşı səviyyədə keçir, seçici fəallığı çox yüksəkdir. Hamı sərbəst şəkildə öz seçimini edir, istədiyi namizədə səs verir. Komissiya üzvləri seçiciləri çox mehriban qarşılayırlar. Mən də öz seçimimi etdim, Azərbaycanı yüksək zirvələrə apara biləcək ən layiqli namizədə səs verdim”.

Dairənin 2 nömrəli məktəb-liseyin binasında yerləşən 2 saylı seçki məntəqəsində də prezident seçkiləri seçicilərin yüksək fəallığı şəraitində keçir.

Qeyd edək ki, 113 saylı Qax-Şəki seçki dairəsinin tərkibinə daxil olan 72 seçki məntəqəsinin 59-u Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 54 min 330 seçici qeydə alınıb. Onlardan 2732 nəfəri bu seçkilərdə ilk dəfə səs verir. Seçicilərin 937 nəfəri 80-100 yaş arasındadır. Bütün seçki məntəqələri lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə təmin edilib. Səsvermənin gedişini izləmək üçün 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə 960 yerli müşahidəçi qeydiyyatdan keçib, 620 seçiciyə qeydiyyatdançıxma vəsiqəsi verilib.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib