Qaxlı gənclər qədim abidənin önündə film izləyiblər
Qax, 28 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi yeniyetmə və gəncləri bir-birindən maraqlı layihələrlə sevindirməkdə davam edir.
Nümayəndəliyin rəhbəri Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclər “Open air cinema” layihəsi çərçivəsində rayonun Qum kəndində V əsrə aid qədim məbədin önündə kanadalı rejissor Brad Peytonun ekranlaşdırdığı “Möcüzəli adaya səyahət” filmini izləyib, birlikdə maraqlı və əyləncəli gün keçiriblər.
Nümayəndəliyin rəhbəri bu layihənin rayonun digər kəndlərində də həyata keçiriləcəyini bildirib.