QAZ HASİLATI ARTACAQ
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, gələn il respublikamızda 6 milyard 456,4 milyon kubmetr təbii qaz hasil olunacağı gözlənilir ki, bu da cari ildəkindən 13,7 faiz çoxdur. Mavi yanacağın 4 milyard kubmetri şirkətin, 1,6 milyard kubmetri ABƏŞ-in, 856,4 milyon kubmetri “Şahdəniz” yatağının payına düşəcəkdir. ARDNŞ üzrə qaz hasilatı bu illə müqayisədə 2,5 faiz çox olacaqdır.