Qazaxıstan alimləri Dilçilik İnstitutunda olublar
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Qazaxıstan Milli Tədqiqat Texniki Universitetinin Qazax və rus dili kafedrasının müdiri Almas Uderbayev, professorlar Rauza Uskenbayeva və Sagira Odanova, filologiya üzrə fəlsəfə doktorları Alfia Omurzaqova və Ədil Absattar AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Görüşdə Dilçilik İnstitutunun direktor müavini dosent Baba Məhərrəmli Azərbaycan-Qazaxıstan münasibətlərinin qədim tarixindən söz açıb. Qeyd edib ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, ənənələrə malikdirlər. Həmçinin bu iki xalqı dil və din eyniliyi birləşdirir.
Görüşdə iki elmi müəssisə arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, ortaq termin, lüğətçilik məsələləri və digər istiqamətlər üzrə əməkdaşlığın qurulmasına dair müzakirələr aparılıb.
Qonaqlar Türk dilləri şöbəsinin elmi-tədqiqat işləri ilə də yaxından tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]