Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının birinci qurultayı öz işinə başlamışdır
Bakı, 29 oktyabr (AZƏRTAC). Oktyabrın 29-da Almatı şəhərində Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının (QAA) birinci qurultayı öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qurultaya Qazaxıstanın dövlət, hökumət rəsmiləri, deputatlar, ziyalılar, incəsənət xadimləri, o cümlədən Türkiyə, Rusiya, Qırğızıstan, Almaniya, Özbəkistan və digər xalqların Qazaxıstandakı mədəniyyət mərkəzlərinin rəhbərləri dəvət olunmuşlar.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov da iştirak edir.
Qurultayda Assosiasiyaya üzv olan vilayət, şəhər, rayon təşkilatları sədrlərinin və təftiş komissiyası rəhbərlərinin hesabatları dinləniləcək, quruma yeni sədr seçiləcəkdir.
Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Prezident Nursultan Nazarbayevin sədrlik etdiyi Qazaxıstan Xalqları Assambleyasının üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
Tovuzda qətl hadisəsi baş verib
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]