Qazaxıstan elektrik avtomobilləri üçün infrastrukturunu inkişaf etdirir
Astana, 18 iyul, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev elektrik avtomobilləri üçün infrastrukturun inkişaf etdirilməsini nəzərdə tutan bir sıra qanunlar imzalayıb.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bundan sonra yerli icra hakimiyyəti orqanları elektrikdoldurma stansiyalarının yerləşdirilməsi ilə bağlı qərar qəbul edə biləcəklər.
Elektrikdoldurma stansiyalarının qoşulması, istismarı və elektrik enerjisinin istehlakı zamanı təhlükəsiz fəaliyyət göstərməsi tələbləri də müəyyən edilib. Belə ki, adi benzin və qaz avtomobillərinin sahiblərinə elektrikdoldurma stansiyaları ilə təchiz olunmuş yerlərdə dayanmaq qadağan ediləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]