QAZAXISTAN PREZİDENTİ ABŞ-DA SƏFƏRDƏ OLMUŞDUR
Məlumatda deyilir ki, sentyabrın 29-da Nursultan Nazarbayev ABŞ Prezidenti Corc Buşla görüşmüşdür. Danışıqlar başa çatdıqdan sonra jurnalistlər üçün keçirilən brifinqdə Ağ evin başçısı demişdir ki, görüşdə ekstremizm və terrorizmin qarşısının alınması, sülh və sabitlik tərəfdarlarına hər cür kömək göstərilməsi məsələləri müzakirə olunmuşdur. ABŞ Prezidenti Əfqanıstanda və İraqda demokratiyanın bərqərar olunmasındakı köməyə görə Nursultan Nazarbayevə minnətdarlığını bildirmişdir.
Qazaxıstan Prezidenti demişdir ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, beynəlxalq terrorizm və digər təhlükələrlə mübarizə məsələləri diqqət mərkəzində olmuşdur. Nursultan Nazarbayevin sözlərinə görə, ölkə iqtisadiyyatına qoyulan sərmayənin üçdə biri ABŞ-ın payına düşür və bu proses davam etdiriləcəkdir.
Səfərin yekunları ilə bağlı Birgə bəyanat qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]