Qazaxıstan prezidenti daşqınlara məruz qalmış bölgələrə gedib
Bakı, 4 aprel, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qərbi Qazaxıstan vilayətinə işgüzar səfərinə daşqınlara məruz qalan ərazilər üzərində uçuşla başlayıb.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın dövlət başçısı Terektin, Sırım və Karatobin rayonlarında yaranmış vəziyyətlə tanış olub, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tapşırıqlar verib.
Kasım-Jomart Tokayev daha sonra təxliyə məntəqələrinin birinə gedib, yaxınlıqdakı kəndlərin sakinləri ilə görüşüb.
Aprel ayının əvvəlindən Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə Qərbi Qazaxıstan vilayətində altı rayon və Uralsk şəhəri su altında qalıb. Daşqınlar 552 yaşayış binasına və 427 bağ evinə ziyan vurub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, daşqınlara qarşı mübarizə tədbirlərinə ümumilikdə 2 minə yaxın şəxsi heyət, 330-dan çox texnika və bir helikopter qatılıb. İndiyədək 7 minə yaxın insan təhlükəli ərazilərdən təxliyə edilib. Bölgədə fövqəladə vəziyyət rejimi elan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]