Qazaxıstan Prezidenti İstanbulda baş verən zəlzələ ilə bağlı Türkiyə liderinə dəstəyini ifadə edib
Astana, 24 aprel, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ötən gün Mərmərə dənizi və İstanbul bölgəsində baş verən zəlzələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək teleqramı göndərib.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, teleqramda deyilir: “Ölkələrimiz arasında çoxəsrlik dostluq, qardaşlıq və strateji tərəfdaşlığın sarsılmaz bağlarına əsaslanaraq, Qazaxıstanın türk xalqına hərtərəfli dəstək və yardım göstərməyə hazır olduğunu təsdiq edirəm”.
Xatırladaq ki, Türkiyənin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 200-dən çox insan zərər çəkib. Tələfat və ya böyük dağıntılar barədə məlumat yoxdur. Zəlzələnin episentri Mərmərə dənizində olub, 100-dən çox yeraltı təkan qeydə alınıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]