Qazaxıstan və İran prezidentləri arasında telefon danışığı olub
Astana, 22 iyul, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
AZƏRTAC-ın Qazaxıstan Prezidentinin saytına istinadla verdiyi məlumata görə, Kasım-Jomart Tokayev İran Prezidentini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib və ona ali dövlət vəzifəsində uğurlar arzulayıb.
Telefon danışığı zamanı tərəflər Qazaxıstan-İran münasibətlərinin daha da möhkəmləndirilməsinə qarşılıqlı səy göstərməyə hazır olduqlarını təsdiqləyiblər. Dövlət başçıları iqtisadi-ticari, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]