Qazaxıstan və Özbəkistan yeni hava dəhlizi açıb
Bakı, 22 iyul, AZƏRTAC
Qazaxıstan və Özbəkistan hər iki ölkənin hava məkanından keçən yeni T916 hava dəhlizini açıb.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Mülki Aviasiya Komitəsi məlumat yayıb. Bildirilib ki, dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir.
“Marşrut açıldığı gündən Avropadan Cənub-Şərqi Asiyaya 19 uçuş həyata keçirib, lakin istifadəçilərin yeni marşruta öyrəşməsi bir qədər vaxt tələb etdiyindən, çox güman ki, yay mövsümünün sonuna yaxın istifadənin çox olacağı gözlənilir”.
Yeni marşrut artıq “Lufthansa Cargo” və “Aerologic Cargo Airlines” (Almaniya), “Cargolux” (Lüksemburq), “Cargolux Italy” (İtaliya), “Nomad aviation” (İsveçrə), “Western Global Airlines” (ABŞ) kimi aviaşirkətlər tərəfindən istifadə olunub.
Hava dəhlizinin ümumi uzunluğu 2187 kilometrdir. Bunlardan 437 kilometri Özbəkistanın hava məkanında, qalan 1750 kilometri isə Qazaxıstan ərazisi üzərindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]