Qazaxıstanda 7 jurnalist koronavirusa yoluxub
Nur-Sultan, 2 iyun, AZƏRTAC
Qazaxıstanda pandemiya dövründə ümumilikdə 7 media nümayəndəsi koronavirusa yoluxub. Ölkənin dövlət baş sanitar həkimi Ayjan Yesmaqambetova bildirib ki, COVID-19-a yoluxan 7 media nümayəndəsindən üçü sağalıb, qalan dörd nəfər müalicə alır.
AZƏRTAC xəbər verir ki, ölkədə mövcud epidemioloji vəziyyətdən məlumat verən baş sanitar həkim ümumilikdə pandemiya dövründə koronavirus infeksiyasına 11 571 nəfərin yoluxduğunu, 41 xəstənin öldüyünü deyib.
Yeni növ koronavirusdan sağalanların sayı isə 5.757 nəfərə çatıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]