MƏDƏNİYYƏT
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
Astana, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə hər iki ölkədən rəsmi nümayəndələr, mədəniyyət və incəsənət xadimləri, eləcə də digər qonaqlar iştirak ediblər.
Sülh və Əmin-amanlıq Sarayında keçirilən tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış edib. Ansamblın repertuarında "Mənim Azərbaycanım süitası", "Qazaxı", "Nağaraçılar", "Qaytağı", "Toy", "Ağ çiçəyim", "Çayçı" kimi rəqslər, həmçinin məşhur "Sarı gəlin" kompozisiyası və "Vətən süitası" yer alıb.
Ansamblın rəngarəng çıxışlarını qazaxıstanlı tamaşaçılar gur alqışlarla qarşılayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2024 [16:39]
Əməkdar incəsənət xadimi Akif Quliyevin 70 illik yubileyi qeyd olunub
- 03.10.2024 [16:35]
Deputat: Beynəlxalq kitab sərgilərinin ədəbi proseslərdə əhəmiyyəti böyükdür
- 03.10.2024 [15:58]
Gənclər Kitabxanası X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir
- 03.10.2024 [14:20]
Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn AZƏRTAC-ın stendini ziyarət edib
- 03.10.2024 [11:54]
Azərbaycan tarixi abidələrin qorunmasında UNESCO ilə sıx əməkdaşlıq edir
- 03.10.2024 [11:52]