Qazaxıstanda beyin ölümü keçirmiş donordan dörd xəstəyə orqan köçürülüb
Bakı, 29 oktyabr, AZƏRTAC
Şərqi Qazaxıstan Regional Xəstəxanasında beyin ölümü keçirmiş donor üzərində dörd xəstəyə orqan transplantasiyası əməliyyatı aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kazinform” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, 39 yaşlı kişiyə beyin ölümü diaqnozu qoyulandan sonra onun orqanları yaxınları tərəfindən bağışlanılıb və bununla da dörd nəfərin həyatı xilas edilib.
“1977-ci il təvəllüdlü kişiyə ürək, 1962-ci il təvəllüdlü qadına ağciyər, 2015-ci il təvəllüdlü uşağa böyrək, 1966-cı il təvəllüdlü qadına isə digər böyrək köçürülüb”, - deyə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]