Qazaxıstanda ilk AES üçün ad seçilib
Astana, 17 noyabr, AZƏRTAC
Qazaxıstanda ölkənin ilk atom elektrik stansiyasına ən yaxşı ad verilməsi üzrə ümumxalq müsabiqəsi başa çatıb.
AZƏRTAC Qazaxıstan Respublikası Atom Enerjisi Agentliyinə istinadla xəbər verir ki, Müsabiqə Komissiyasının yekun iclasının nəticələrinə əsasən, qalib kimi vətəndaşlardan ən çox təklif alan “Balxaş” («Балқаш») atom elektrik stansiyası” adı seçilib.
Seçilmiş ad həmçinin atom elektrik stansiyalarının coğrafi prinsip üzrə adlandırılması ilə bağlı beynəlxalq təcrübəyə uyğun gəlir.
Müsabiqədə 16 yaşdan yuxarı 27 157 Qazaxıstan vətəndaşı iştirak edib. Hər bir iştirakçı yalnız bir ad təklif edə bilərdi. Vətəndaşlardan daxil olan məlumatlar emal olunarkən kiril, latın qrafikalarında yazılış formaları və sinonim sözlər də nəzərə alınıb.
“Balxaş” atom elektrik stansiyası adını 882 vətəndaş təklif edib və bu ad populyarlıq üzrə yekun reytinqdə birinci yeri tutaraq müsabiqənin qalibi olub.
Müsabiqə Komissiyası, həmçinin rus və ingilis dillərində adların formalarını müəyyənləşdirib:
— “Атомная электростанция «Балхаш»”;
— “Balkhash Nuclear Power Plant”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [21:17]
Tehranda metro stansiyalarının sığınacaq kimi hazırlanması nəzərdə tutulur
- 08.09.2026 [20:50]
Sudanda PUA hücumu nəticəsində 13 nəfər ölüb
- 08.09.2026 [20:16]
Zelenski və Tramp arasında görüşə dair razılıq əldə edilib
- 08.09.2026 [20:05]
Britaniya hava limanlarında texniki nasazlıq: Yüzlərlə reys gecikir
- 08.09.2026 [20:02]
Rumıniyada PUA təhlükəsi elan edilib, F-18 qırıcıları havaya qaldırılıb
- 08.09.2026 [19:59]