QAZAXISTANDA RESPUBLİKA GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanda Respublika günü qeyd edilmişdir. 1990-cı il oktyabrın 25-də ölkə parlamenti Dövlət Müstəqilliyi haqqında Deklarasiya qəbul etmişdir.
Astanada təşkil edilən bayram şousunda 7 mindən çox adam iştirak etmişdir. Astanadakı “Xəzər”, Almatıdakı “Turan”, həmçinin vilayətlərdəki Azərbaycan mədəniyyət mərkəzlərinin təmsilçiləri, musiqi kollektivləri də onların arasında olmuşlar.
Bayram münasibətilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev jurnalistlərlə görüşündə demişdir ki, 15 il ərzində biz 100 ilə bərabər inkişaf yolu keçmişik. Bu nailiyyəti qazanmaq bizim nəslin öhdəsinə düşmüşdür. Qarşıda görəcəyimiz işlər isə daha çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]