Qazaxıstanın Aktobe vilayətində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib
Aktau, 25 fevral, AZƏRTAC
Azərbaycanın Qazaxıstanın Aktobe vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın diaspor üzvləri ilə yanaşı, polyak, yəhudi və digər xalqların nümayəndələri də iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Aktaudakı baş konsulluğunun müvəqqəti işlər vəkili Elmar Məmmədov ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında ətraflı məlumat verib.
İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin başçılığı və müzəffər Ordumuzun rəşadəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edən diplomat bildirib ki, erməni vandalları xalqlarımıza və ölkələrimizə qarşı bütün cinayətlərini məqsədyönlü planlaşdıraraq həyata keçiriblər. Bu cinayətlərin böyük bir hissəsi müasir dünyanın gözü qarşısında işğaldan azad olunan ərazilərimizdə üzə çıxır.
Digər çıxış edənlər Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər.
Çıxışlardan sonra Xocalı faciəsi ilə bağlı film nümayiş olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]