QAZAXISTANIN BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNƏ QOŞULMASI MƏSƏLƏSİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 15-də Baş nazir Danial Əhmədovun sədrliyi ilə Qazaxıstan hökumətinin iclası keçirilmişdir. İclasda ölkənin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması ilə əlaqədar imzalanacaq Azərbaycan-Qazaxıstan müqaviləsinin layihəsi müzakirə olunmuşdur.
Baş nazir bildirmişdir ki, “qara qızıl” milli neft şirkətləri tərəfindən Xəzər dənizi ilə daşınacaqdır. İndi müqavilənin mətni hüquqi ekspertizadan keçir. Nazirin sözlərinə görə, müqavilənin Asiyada Etimad Tədbirlərinə dair Müşavirənin iyun ayında Almatıda dövlət başçıları səviyyəsində keçiriləcək zirvə görüşü çərçivəsində imzalanması gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]