QAZMA MODULLARI VƏ YAŞAYIŞ BLOKLARI BAKIYA GƏTİRİLMİŞDİR
“Merkon Still Strakçəz” şirkəti bu modulların quraşdırılmasına 2004-cü il sentyabrın sonunda başlamışdır. İnşaat işləri 2006-cı ilin martında tamamlanmışdır.
Ümumi çəkisi təxminən 3.700 ton olan qazma, texnoloji təchizat və yaşayış platforması əsasən yardımçı qazma modulu, qazma avadanlığı dəsti və qazma buruğundan ibarətdir. Bu modullar qazma, texnoloji təchizat və yaşayış platformasının bütün istismar müddəti ərzində 48 quyu gövdəsindən qazma əməliyyatını təmin etmək üçün layihələşdirilmişdir.
Qazma modulları və yaşayış blokları hazırda Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun platformanın üst modulları inşa olunan sahəsində boşaldılır. Bu modulların birləşmiş göyərtə üzərinə quraşdırılmasını yaxın vaxtlarda ABƏŞ-in podratçısı olan MakDermott Kaspian Kontraktors İnk. şirkəti yerinə yetirəcəkdir.