QDİƏT PA-nın iclasında Azərbaycanın həmkarlar ittifaqlarının fəaliyyətindən danışılıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Yunanıstanın Kavala şəhərində keçirilən hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclaslarında iştirak edir.
AZƏRTAC xəbər verir ki, QDİƏT Parlament Assambleyasına üzv dövlətlərin iqtisadi əlaqələrinin möhkəmləndirilməsində həmkarlar ittifaqının rolu mövzusunda keçirilən iclasda Eldar Quliyev çıxış edib. O, eyni zamanda, sədr müavini olduğu həmin komitənin iclasındakı çıxışında həmkarlar ittifaqları barədə danışıb. Eldar Quliyev Azərbaycanda həmkarlar ittifaqlarının rolu, beynəlxalq əlaqələri və s. məsələlərə də toxunub.
Qeyd edək ki, Azərbaycanın QDİƏT PA-dakı nümayəndə heyətinin Yunanıstana səfəri oktyabrın 19-da başa çatacaq.