“Qəbələ” iordaniyalı futbolçu ilə yollarını ayırıb
Bakı, 8 yanvar, AZƏRTAC
“Qəbələ” komandası futbolçusu Omar Hani ilə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “qırmızı-qaralar” iordaniyalı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
24 yaşlı vingerin çıxışı məşqçilər heyətini qane etmədiyi üçün onunla əməkdaşlığa son qoyulub.
Qeyd edək ki, 2021-ci ildə Kiprin APOEL komandasından “Qəbələ”yə keçən oyunçu bu mövsüm 20 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bölgə təmsilçisi ilə müqaviləsi bu ilin yayında başa çatmalı idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]