Qəbələ və Qubada qanunsuz kömür istehsal edilən quyular aşkarlanıb
Bakı, 17 aprel, AZƏRTAC
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ və Quba rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən üç kömür quyusu aşkarlanıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonu, Nic qəsəbə sakinləri Qurban Mehdiyev, Mixail Xalatov və Quba rayonu, Vladimirovka kənd sakini Mövsüm Mursəliyev olduğu müəyyən edilib.
B.Məhəmmədov qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görüldüyünü, kömür quyularının isə ləğv olunduğunu diqqətə çatdırıb.