Qəbələdə 8,6 milyon manatlıq sənaye məhsulu ixrac olunub
Qəbələ, 16 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 75 milyon 464,1 min manatlıq məhsul istehsal olunub.
Qəbələ Rayon Statistika İdarəsinin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 21 min manat və ya 13,6 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 11,1 faizi dövlət, 88,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Bildirilib ki, 6 ayda rayonda 8 milyon 609,1 min manatlıq sənaye məhsulu ixrac olunub. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 844,7 min manat artıb.
Qurumdan verilən məlumata görə, rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir.
Cari ilin yanvar-iyun aylarında rayonda istehsal edilən sənaye məhsulunun 83,3 faizi emal sektorunun payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:05]
Balakəndə möhtəşəm konsert proqramı
- 12.06.2026 [20:22]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [19:16]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]