Qəbələdə ağacəkmə aksiyasında 450 ting əkilib
Qəbələ, 25 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 25-də Qəbələ rayonunda ağacəkmə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya zamanı ayrılmış xüsusi ərazidə 450 ədəd ağac əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyada rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri və könüllülər iştirak ediblər.