Qəbələdə istehsal edilən sənaye məhsulunun 85,1 faizi emal sektorunun payına düşüb
Qəbələ, 14 mart, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 25 milyon 929,3 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 594,6 min manat və ya 11,1 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 13,6 faizi dövlət, 86,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, iki ayda rayonda 3 milyon 673,9 min manatlıq sənaye məhsulu ixrac edilib. Bu, istehsal olunan sənaye məhsulunun 14,1 faizini təşkil edir.
Qurumdan verilən məlumata görə, Qəbələ rayonunun sənayesi əsasən, mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Cari ilin yanvar-fevral aylarında rayonda istehsal edilən sənaye məhsulunun 85,1 faizi emal sektorunun payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:32]
Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]