“Qəbələ”nin U-11 komandası Fransanın “Mets” klubuna qalib gəlib
Bakı, 24 fevral, AZƏRTAC
“Qəbələ” futbol akademiyasının komandaları Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirdə mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, üç müxtəlif yaş qrupundan olan komandaların mübarizə apardığı yarışın ilk turunda istirahət edən “Qəbələ” Fransanın “Mets” klubu ilə üz-üzə gəlib.
U-10 komandalarının oyununda Fransa təmsilçisi qalib gəlib - 3:1. “Qəbələ”nin yeganə qolunu İlkin Muradov vurub. U-11-in qarşılaşması isə “Qəbələ”nin 5:4 hesablı qələbəsi ilə nəticələnib. Okan Təhməzlinin pokerə imza atdığı oyunda digər qolun müəllifi Elvin Qarayev olub. U-12-lərin mübarizəsində isə “Mets” üstün olub - 7:1. Fransa təmsilçisinin qapısından qolu Emil Süleymanov keçirib.
Komandalarımız fevralın 24-də yarışın təşkilatçısı “Aspire” akademiyasından olan həmyaşıdları ilə görüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]