ELM VƏ TƏHSİL
Qədim Alban əlifbasını aşkar edən arxeoloq haqqında “Vikipediya”da məqalə yaradılıb
Bakı, 4 iyun, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən Azərbaycanın tanınmış elm adamları haqqında məqalələrin yaradılması və əsaslı redaktəsi davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində tanınmış arxeoloq, tarix elmləri doktoru, qədim Alban əlifbasını aşkar edən, Mingəçevir, Torpaqqala, Gavurqala və s. qədim və erkən orta əsr abidələrinin tədqiqatçısı Rəhim Vahidov haqqında məqalə yaradılıb. Məqalədə alimin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verilib.
Xatırladaq ki, Sudağılan yaşayış yeri ərazisində Rəhim Vahidov tərəfindən aşkarlanan qədim Alban yazısı abidəsi Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.