Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi






Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində reallaşan ilk panel iclas “Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi” mövzusuna həsr olunub.
Mədəniyyət Nazirliyinin sektor müdiri Araz Bağırlının moderatorluğu ilə gerçəkləşən panel iclasında İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro əsas məruzəçi kimi çıxıb edib.
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, Qazaxıstanda Elmi Bərpa Laboratoriyasının yaradıcısı və rəhbəri, akademik, rəssam-bərpaçı Krım Altınbekov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və Portuqaliyanın Tomar Politexnik Universitetinin professoru Sara Qarses mövzu ətrafında müzakirələr aparıblar.
Müzakirələr çərçivəsində mövcud beynəlxalq mexanizmlər və milli səylər nəzərdən keçirilib, ən yaxşı təcrübələr və təkmilləşdirilməli sahələr müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:32]
Ankara Universitetinə Azərbaycanla bağlı nəşrlər hədiyyə edilib
- 25.04.2025 [18:10]
"Azərbaycan muğamı" layihəsi çərçivəsində “Çahargah" muğamı təqdim olunub
- 25.04.2025 [16:53]
Bakıda yazıçı Eluca Atalının yaradıcılıq gecəsi təşkil olunub
- 25.04.2025 [15:52]
Azərbaycan Dövlət Kukla Teatrı Ankarada çıxış edib
- 25.04.2025 [15:14]