Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qələbə paradı tariximizə qızıl hərflərlə yazılacaq

Qələbə paradı tariximizə qızıl hərflərlə yazılacaq

Bakı, 7 dekabr, AZƏRTAC

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gündə 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz təmin olundu, erməni işğalına son qoyuldu. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi, tacı kimi dəyərləndirilən Şuşanın işğaldan azad olunduğu tarix- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Həmin gün Azərbaycanın çoxəsrlik tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara yazıldı və heç zaman unudulmayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, artıq qalib Azərbaycanın müzəffər Ordusu Qələbə paradına hazırlaşır. Bu paradın özünəməxsus özəlliyi, digər paradlardan fərqi vardır. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün böyük qürur hissi ilə işğaldan azad edilən bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalandığını bəyan edirik. Qələbəmiz Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdığını bir daha təsdiqlədi. Baxmayaraq ki, düşmən ötən 30 ildə işğal altında saxladığı ərazilərimizdə güclü istehkamlar qurmuşdu. Düşünürdülər ki, bu istehkamları yarıb keçmək mümkün olmayacaq. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında da bu məqamı xüsusi vurğulayır ki, qurulan istehkamlar bir daha təsdiqləyirdi ki, ermənilər torpaqlarımızı danışıqlar yolu ilə geri qaytarmaq fikrində deyildilər. Biz tarixi Qələbə qazandıq. Bu Qələbənin sevincini böyük qürur hissi ilə yaşayırıq. Dekabrın 10-da keçiriləcək Qələbə paradı da bu sevincin tərkib hissəsidir. Artıq Qələbə paradına hazırlıq işləri görülür. Qeyd etdiyimiz kimi, bu parad əvvəlkilərdən tamamilə fərqlənəcək. Əgər əvvəlki hərbi paradlarda Azərbaycan Ordusunun hansı imkanlara malik olduğu, işğal altında olan torpaqlarımızı azad etmək gücü, qüdrəti nümayiş etdirilirdisə, dekabrın 10-da qalib ölkənin müzəffər ordusu Azadlıq meydanında qürurla addımlayacaq. Azərbaycan əsgəri böyük ruh yüksəkliyi ilə bu parada hazırlaşır.

Baş redaktor bildirib ki, Qələbə paradı tariximizə qızıl hərflərlə yazılacaq. Düşmən 30 ildə işğal altında saxladığı torpaqlarımızda istehkamlar quranda, heç bir vəsait xərcləmədən havadarları tərəfindən silahlanaraq bu ərazilərdə güclü hərbi sistem formalaşdıranda düşünürdü ki, Azərbaycan Ordusu bunları yarıb keçə bilməyəcək. Bu, onların xəyalları, yanlış düşüncələri idi. Azərbaycan Ordusu son 27 ildə düşünülmüş və məqsədyönlü siyasət nəticəsində öz qüdrətini, maddi-texniki bazasını daha da möhkəmləndirmiş, dünya standartlarına cavab verən şəkildə formalaşmışdır. Ölkəmizin ev sahibliyi etdiyi ənənəvi beynəlxalq müdafiə sərgiləri də bu sahədə malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayırdı. Ən əsası Azərbaycan Ordusunun döyüş ruhu, bir qarış torpağımızı belə düşmənə verməmək üçün göstərdiyi fədakarlıq, illərdir Ali Baş Komandandan hücum əmrini gözləməsi bugünkü Qələbəmizi şərtləndirən əsas amillər sırasındadır. Ümumilikdə qeyd etsək Qələbəmizin formulu belədir: Xalq-Prezident-ordu.

“Dövlətimizin qətiyyəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan rəşadətli ordumuz düşməni diz çökdürdü, şanlı tarix yazdı”, - söyləyən baş redaktor bildirib ki, Qələbə paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin də nümayişinin nəzərdə tutulması böyük qürurverici hadisədir. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Azərbaycan Ordusu 44 gündə etdi. Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanada ABŞ-nin 50 faizlik tarif tətbiq etməsinə cavab verəcək

“Politico”: Aİ öz vəzifəli şəxslərinə qarşı kiberhücumları ilin əsas təhdidlərindən biri adlandırıb

Tahir Gözəl: “Sabah”a Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıram

Uels klubu “Sabah”ı tarixi nəticəyə görə təbrik edib

Qəza siqnalı göndərən ABŞ hərbi təyyarəsi Almaniyaya eniş edib

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib

Abbas Əraqçi: İran və Omanın Hörmüz boğazı ilə bağlı razılaşması regional nizamlanmanın nümunəsidir

Blokada səbəbindən 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qalıb

"Sabah"ın futbolçusu: Meydana daxil olanda uşaqlar deyirdi ki, sən qol vuracaqsan

Hindistanda dörd qolu və dörd ayağı olan körpə dünyaya gəlib

Valdas Dambrauskas: Dünyanın ən xoşbəxt baş məşqçisiyəm

Coy Lens Mikels: Çox çətin oyun oldu

“Sabah”ın özbəkistanlı futbolçusu: Liqa mərhələsinə yüksələcəyimizə inanırdıq

Suriya Demokratik Qüvvələrinin buraxıldığı elan olunub

ABŞ-da bayraqlar bir həftə yarıyadək endiriləcək

Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Fransanın vergi idarəsinə haker hücumu: yüzlərlə zərərçəkən dövlətə qarşı kollektiv iddia qaldırır

Salyanda ölümlə nəticələnən yol qəzası olub

"Sabah" ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB 10

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq

Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ

Ekspert: Gələcəkdə əsas təhlükə AI-nin özü deyil, insanların ondan necə istifadə etməsi olacaq

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur

Bu saata olan əsas xəbərlər

“Sabah” - “Hapoel” oyunu üçün start heyətlər bəlli olub

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açılıb

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

Tramp ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasına göstəriş verib

Bakı-Daşkənd-Ankara xətti Avrasiyada yeni geosiyasi tarazlığın əsas dayaqlarından birinə çevrilir ŞƏRH

Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Azərbaycan-Özbəkistan münasibətləri regional strateji maraqların vəhdətinə əsaslanır ŞƏRH

Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Naxçıvanda avqust ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub

Azərbaycan-Özbəkistan münasibətləri dövlətlərarası əməkdaşlıqdan ortaq inkişaf modelinə yüksəlir - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

Bakıda 66 yolötürücüsü və körpüyə baxış keçirilib

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

Avropa çempionatı: Belçikanın voleybol millisi Rumıniyanı məğlub edib

Daşkəndlə tərəfdaşlıq Azərbaycanın digər regional bazarlarla əlaqələrində əlavə imkan yaradır ŞƏRH

Şirin Məlikova: Milli İncəsənət Muzeyinin Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərində iştirakı bizim üçün xüsusi əhəmiyyət kəsb edən hadisə oldu

Bir il əvvəl qonaq kimi getdi, indi tələbə kimi qayıdır - Amal Mirzəyevin hekayəsi

Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya

Azərbaycan-Özbəkistan aqrar əməkdaşlığında yeni imkanlar yaranır – ŞƏRH

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

Mərkəzi Bank rəsmisi Daşkənddə süni intellektin maliyyə sektoruna təsirindən danışıb

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir

Bakıda keçiriləcək beynəlxalq güləş yarışları üçün Azərbaycan yığmalarının heyəti açıqlanıb

Malik Mansurov: Azərbaycan və Özbəkistan musiqiçilərinin hər görüşü yeni bir məktəblə tanışlıq imkanı yaradır

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK

Sakit okeandakı Vanuatu adalarında vulkan püskürüb

“Sabah”ın oyunu ilə əlaqədar stadionun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardır

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq

Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Britaniyanın dənizçilik şirkəti Azərbaycanda birgə müəssisə yaradıb

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

® Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

İsmayıllı, Ağsu və Qəbələ sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Su Ehtiyatları Agentliyi yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Pakistanlı kinorejissor: Azərbaycan və Pakistan kinematoqrafçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi vacibdir

Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir

Qədim şəhərə səyahət: Gənclər Qəbələnin tarixi irsi ilə tanış olublar

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

“F-Holding”in təsisçisi: Azərbaycan-Özbəkistan əməkdaşlığında iqtisadi potensial tam reallaşdırılmalıdır

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ VİDEO

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ VİDEO

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında bu il torpaq üzrə 803 nümunə qəbul edilib

Qarabağ Dirçəliş Fondunun 2025-ci il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçib

Bakı Dövlət Universitetinə tələbə qəbulu üçün qeydiyyat “mygov” üzərindən aparılacaq

Münsiflər heyətinin sədri: Film sahəsindəki gənclərimizin yaradıcılığında böyük potensial görürük

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir VİDEO

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir VİDEO

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

Almaniya daha 23 əfqan miqrantı deportasiya edib

Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ ortaq regional gücün formalaşdırılmasıdır RƏY