QƏRB YARIMKÜRƏSİNDƏ ƏN QƏDİM İNSAN İZLƏRİ TAPILMIŞDIR
Antropoloqların və geoloqların fikrincə, insan izlərinin yaşı təxminən 40 min ildir, ona görə də Qərb yarımkürəsində ən qədim sayılır. Tapıntı ilk sakinlərin Amerika qitəsinə 12-13 min il bundan əvvəl, donmuş Berinq boğazı vasitəsilə gəlməsi barədə indiyədək yayılmış fikri şübhə altına alır.
Daban izləri əlavə analizə göndərilmişdir. ABŞ-ın Berklidəki Kaliforniya Universitetinin nümayəndəsi Robert Sanders jurnalistlərə bildirmişdir ki, bu gümanlar özünü doğruldarsa, həmin tapıntı elmdə əsil inqilab edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]