QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN XƏLİFƏ AL TANİYƏ
Əlahəzrət,
Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Qətər münasibətləri bu gün müvəffəqiyyətlə inkişaf etməkdədir.
Əminəm ki, gündən-günə genişlənən əlaqələrimiz, bir çox sahələri əhatə edən əməkdaşlığımız xalqlarımızın daha da yaxınlaşmasına, dostluq münasibətlərimizin daim möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qətər xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 dekabr 2007-ci il.