QEYRİ-QANUNİ ZİBİLXANALARA QARŞI MÜBARİZƏ APARILIR
Bakı, 6 may (AZƏRTAC). “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan paytaxtının ərazisində və şəhərətrafı zonada qeyri-qanuni yaradılmış 2000-dən çox zibilxana aşkar edilmişdir. Onlar “Təmiz şəhər” ASC-nin sifarişinə əsasən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi və “Eko-Real” MMC tərəfindən Bakının 11 inzibati rayonunda aparılan inventarlaşdırma zamanı aşkar edilmişdir.
Bu 2000 qeyri-qanuni zibilxananın 38-nin hər birinin sahəsi 100 kvadratmetrdən çoxdur. Onlar şəhərimizin Qaradağ, Nərimanov, Səbail, Suraxanı, Yasamal, Sabunçu, Əzizbəyov və Xətai rayonlarında aşkar edilmişlər. Maraqlıdır ki, hətta monitorinq keçirilən dövrdə də həmin zibilxanalara zibil daşınması dayandırılmamışdır. Sonra zibil yandırılır.
“Təmiz şəhər” ASC-nin təşəbbüsü ilə qanunsuz yaradılmış zibilxanaların ləğv edilməsi üçün işçi qrup yaradılmışdır. Qrupun işində ASC-nin öz əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]