QƏZANIN NƏTİCƏLƏRİ ARADAN QALDIRILDI
Dekabrın 16-da Əli Bayramlı DRES-də baş vermiş qısa qapanma nəticəsində stansiya respublikanın enerji sistemindən ayrılmışdı. “Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin vaxt stansiyada 5 enerji bloku işləyirdi.
Mərkəzi Dispetçer İdarəsinin enerji sisteminin təhlükəsiz və etibarlı işləməsi üçün müvəqqəti sxem hazırlanması və SC-nin qəza biriqadalarının operativ tədbirləri sayəsində gecə ikən DRES-in fəaliyyəti bərpa edilmiş, üç enerji bloku işə salınmışdır. Qalan iki blok isə dekabrın 17-dən optimal rejimdə işləməyə başlamışdır.
Əli Bayramlı DRES-də baş vermiş qəza Bakının enerji təchizatına heç bir təsir göstərməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]