QİÇS-Ə QARŞI BEYNƏLXALQ MÜBARİZƏHƏFTƏSİNƏ HƏSR OLUNUR
Tədbirdə gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, YUNİCEF-in Azərbaycan nümayəndəliyinin başçısı Hana Singer, Gənclər Resurs Mərkəzinin nümayəndəsi Nigar Tağıyeva dünyada hər il dekabrın1-dən 7-dək keçirilən QİÇS-ə qarşı Beynəlxalq mübarizə həftəsindən və Azərbaycanda bu bəlanın qarşısının alınması üçün görülən tədbirlərdən danışmışlar. Konsertdə əməkdar artist Faiq Ağayev, müğənnilər İradə İbrahimova, Manana, Lalə Məmmədova, Elariz Məmmədoğlu, “Dəcəl qızlar” rəqs ansamblı, “Todes”, “Freedom” rəqs qrupları xalq mahnı və rəqslərini ifa etmişlər.