“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyası davam edir
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırlanan növbəti videoçarxda şuranın sədri, “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov müasir dövrdə qida təhlükəsizliyinin yalnız istehsal prosesi ilə məhdudlaşmadığını vurğulayıb
O bildirib ki, qida sadəcə gündəlik tələbat deyil, sağlam cəmiyyətin, sosial rifahın və davamlı inkişafın əsas dayaqlarından biridir: “Məhsulun anbara daxil olduğu andan başlayaraq müştərinin səbətinə qədər keçdiyi hər mərhələdə dəqiqlik, nəzarət və məsuliyyət vacibdir. Temperatur rejimindəki kiçik dəyişiklik, yanlış etiketlənmə və ya düzgün saxlanmayan məhsul istehlakçı sağlamlığı üçün ciddi təhlükələr yarada bilər”.
Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.