Qırğızıstan portalı Azərbaycanın Dövlət Müstəqilliyi Günündən yazır
Bişkek, 24 oktyabr, AZƏRTAC
Qırğızıstanın goldenbridgenews.com portalında rus dilində “Azərbaycanın müstəqilliyinin 27 ili” sərlövhəli məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Müstəqilliyindən bəhs edən məqalədə 27 il əvvəl Azərbaycan Respublikası Ali Sovetinin Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdiyi bildirilir. Sənəddə müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanır.
Qeyd edilir ki, oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.
Məqalədə müstəqil Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən bəhs edilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]