Qırğızıstanda koronavirusa yoluxanların sayı 60 minə çatıb
Bişkek, 2 noyabr, АZƏRTAC
Son sutkada Qırğızıstanda COVID-19-a yoluxanların sayı 436 nəfər olub, pandemiya dövründə bu rəqəm 59 min 879 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstan Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son gündə 332, ümumiyyətlə isə 50 min 741 xəstə sağalıb.
Bildirilir ki, son 24 saatda virusdan 5 nəfər həyatını itirib və ölənlərin sayı 1155 nəfərə çatıb.
Qeyd edilir ki, xəstəxanalarda 3 min 411, ambulator şəraitində 3 min 941 xəstə müalicə edilir.
Son gündə 3, pandemiya başlayandan isə 3 min 619 tibb işçisi koronavirusa yoluxub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]