Qırğızıstanın “Piramida” telekanalında ulu öndər Heydər Əliyev haqqında film nümayiş etdirilib
Bişkek, 7 may, AZƏRTAC
Qırğızıstanın “Piramida” televiziya kanalında Ulu Öndər Heydər Əliyev haqqında tanınmış rejissor Andrey Konçalovskinin çəkdiyi “Hakimiyyətin yükü” adlı film nümayiş etdirilib.
Ekran əsərinin Qırğızıstan dövlət televiziyasında da nümayiş etdirilməsi nəzərdə tutulur. Belə ki, filmin birinci hissəsi efirdə mayın 10-da, ikinci hissəsi isə 11-də yayımlanacaq.
Filmdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur, eləcə də 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi, eləcə də Moskvada işlədiyi dövrlər canlandırılır.
Kino əsərində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, ölkəni dərin böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunması sahəsindəkı xidmətləri sənədlərin dili ilə əksini tapır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]