Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qisas qiyamətə qalmadı

Qisas qiyamətə qalmadı

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı tarixdə törədilmiş ən dəhşətli faciələrdən biridir. Bu, XX əsrin sonlarında faşizmin yeni forması olan ermənizmin əsl mahiyyətini ortaya qoyan faciədir. 30 ildən çoxdur ki, ürəklərimizdə asılıb qalmış ağır bir daşdır Xocalı faciəsi. Yeganə ”günahı” azərbaycanlı olan və azad yaşamaq istəyən xalqımızı cəzalandırmaq üçün törədilən bəşəri cinayətdir Xocalı faciəsi. Qərbin üzünə taxdığı mələk maskasının yırtıldığı andır Xocalı faciəsi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayevin və dekan müavini Məhəmməd Məhərrəmovun “Qisas qiyamətə qalmadı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

1992-ci il fevral ayının sonu Azərbaycan xalqının tarixinin ən ağır günləri idi. Bizi yenidən imperiya boyunduruğuna salmaq istəyən qüvvələrin silahsız və müdafiəsiz insanlara divan tutmaq, xalqımıza gözdağı vermək üçün insan adına layiq olmayan quldur sürüsü Xocalıya hücum etdi. Yaşlı, cavan, uşaq, qadın, kişi – yüzlərlə dinc insan öldürüldü, yaralandı, itkin düşdü. Dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədildi. Bu cür vəhşiliklər məhz bu gün özünü demokratiyanın təmsilçisi kimi göstərən Qərb dünyasına xasdır: onlar tarix boyu xaç yürüşlərində, eləcə də müstəmləkə etdikləri Afrika, Asiya və Amerikanın aborigen xalqlarına qarşı məhz bu cür vəhşiliklər – dinc əhaliyə qarşı normal insanın ağlının qəbul edə bilməyəcəyi işgəncələr, zülmlər törədiblər. 1995-cı ildə “demokratik” Avropanın tam ortasında, həmin “demokratik” Avropanın gözü qarşısında Bosniya müsəlmanlarına qarşı törədilmiş Srebrenitsa qətliamı kimin hansı mənəvi dəyərlərin daşıyıcısı olduğunu açıq-aydın göstərdi.

Lakin Xocalı təkcə faciə deyildi. Xocalının timsalında dünya bütöv bir xalqın mübarizlik əzmini, cəsarətini, əyilməzliyini gördü. Bu hadisələrdə xalqımızın qəhrəman oğullarının şücaəti faciənin daha böyük olmasının qarşısını aldı. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev yüzlərlə insanın həyatını xilas etdi. Həmin hadisələrdə Ağdam özünümüdafiə batalyonunun komandiri, bu gün qələbələri ilə bizi qürurlandıran “Qarabağ” futbol komandasının kapitanı və məşqçisi olmuş Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xidmətləri xüsusi qeyd olunmalıdır.

Allahverdi Bağırov ermənilərin ölkəmizə qarşı ərazi iddiaları irəli sürdüyü ilk gündən onlara qarşı mübarizəyə başlamış, Qarabağ bölgəsində bu müqəddəs amal uğrunda mübarizə aparanların lideri olmuşdu. O, yüzlərlə Xocalı sakininin köməyinə çatmış, onları ölümün pəncəsindən almış, vəhşiliklə qətlə yetirilib çöllərdə qalmış cəsədləri ərazidən yığdırıb dəfn etdirmiş, yaralıları, donmuş adamları xəstəxanaya çatdırmışdır. Allahverdi Bağırov öz şəxsi nüfuzu hesabına 1003 nəfər Xocalı sakinini əsirlikdən azad etmişdir. Qısa və şərəfli ömür sürmüş, azadlığımız uğrunda şəhid olmuş belə igidlərimizin həyatı gənclərimiz üçün bir qəhrəmanlıq nümunəsidir.

Xocalı faciəsinin baiskarları təkcə ermənilər deyildi. Ermənilərə silah verənlər, onların terror dəstələrinə öz ərazilərində sərbəst yaşamağa imkan verənlər, SSRİ-nin dağılmasından sonra azadlığa çıxmış türk xalqlarının birləşmə perspektivini görən, bu birliyin əsas həlqəsi olan Azərbaycanı sıradan çıxarmaq, zəif salmaq istəyən qüvvələr bu faciənin əsas təqsirkarları idilər. Bəli, bu gün artıq reallığa çevrilmiş türk birliyi həmişə Qərbin ən qorxulu yuxusu olub. Ermənilərə göstərdikləri hərtərəfli dəstək də məhz bu qorxulu yuxunun gerçəkləşməməsi üçündü.

Ağır idi, çox ağır idi həmin günləri yaşamaq. Sanki hər tərəfdən işgəncələrə məruz qalan insanlarımızın fəryadı yüksəlirdi, həyatını yaşamamış körpələrin baxışları bizi təqib edirdi. Təklənmişdik, köməksizdik. Bu gün fəxr etdiyimiz Türk dünyasının qurulmasına hələ çox vardı, bir çox türk xalqlarının özünüdərk prosesi yeni başlamışdı. Yardım istəyəcək kimsəmiz yox idi, bir qardaş Türkiyəmizdən başqa. O da hələ o qədər güclü deyildi. Belə ağır zamanda Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev xalqının imdadına yetişdi. Ölkəsinin nə qədər çətin vəziyyətdə olduğunu yaxşı başa düşən Heydər Əliyev bütün mümkün təhdidləri və təhlükələri düzgün qiymətləndirərək yeni, müstəqil Azərbaycan dövlətinin qurulmasına başladı. Görüləcək çox işlər vardı - güclü iqtisadi potensialın yaradılması, intizamlı müasir ordunun formalaşdırılması, müstəqilliyimizə qarşı yönəlmiş bütün mümkün təhlükələri zərərsizləşdirə bilən, Azərbaycanı beynəlxalq aləmə tanıdan və qəbul etdirən xarici siyasətin aparılması, Azərbaycan əhalisini bir amal ətrafında birləşdirəcək, milli həmrəyliyimizin əsası olan ideologiyanın formalaşdırılması. Hakimiyyətdə olduğu 10 il ərzində Ulu Öndər bu vəzifələri böyük uğurla həll etdi. “Əsrin müqaviləsi” iqtisadi dirçəlişimizin başlanğıcı oldu, müasir biliklərə malik kadrları və silah-sursatı olan ordu quruculuğunun əsası qoyuldu, Azərbaycanın beynəlxalq nüfuzu artdı, haqq işi daha çox dövlətlər tərəfindən tanınmağa başladı, xarici dövlətlərdə fəal Azərbaycan diasporu formalaşdı.

Bu işlərin sırasında xüsusilə Xocalı həqiqətlərinin daha çox ölkələrdə yayılması üzrə fəaliyyət qeyd olunmalıdır. Bir sıra ölkələrin parlamentləri, beynəlxalq qurumlar, hətta ermənilərin çox fəal olduqları ABŞ-ın bir çox ştatları Xocalı faciəsini soyqırımı kimi tanıdılar. Bununla da ermənilərin uzun illər boyu Azərbaycana və Türkiyəyə qarşı apardığı informasiya savaşının süqutu başladı – artıq onların “vəhşi türklər”, “erməni soyqırımı” kimi nağıllarına yalnız öz havadarları və ənənəvi türk düşmənləri inanırdılar. Azərbaycan xalqının bir amal ətrafında birləşməsində Heydər Əliyevin azərbaycançılıq ideologiyası müstəsna rol oynadı. Bu ideologiya bizim milli həmrəyliyimizin əsası oldu və öz ətrafında təkcə Azərbaycanda deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıları birləşdirdi.

Qisas qiyamətə qalmadı! Ulu Öndərin yaratdığı müstəqil Azərbaycanın dayaqları üzərində yeni, güclü bir Azərbaycan quruldu və bu Azərbaycanı onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev qurdu. Azərbaycan dünyada baş verən hər cür təlatümlərə, sarsıntılara davam gətirə bilən bir iqtisadiyyata, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü hər cür təhdidlərdən qorumağa qabil olan müasir orduya malik, beynəlxalq aləmdə söz sahibi olan ölkəyə çevrildi. Bütün bu görülən işlərin ən böyük nəticəsi isə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün tamamilə bərpası oldu. Azadlıq, müstəqillik uğrunda verdiyimiz şəhidlərin qanı yerdə qalmadı. Bəli, biz qisas aldıq, torpağımıza göz dikənlərdən, müstəqilliyimizi gözü götürməyənlərdən qisas aldıq! Amma biz onlar kimi vəhşiliklər törətmədik. Biz ermənilərdən və onların havadarlarından dünyaya insanlıq dərsi keçməklə qisas aldıq. Biz göstərdik ki, dinc əhaliyə qarşı vəhşiliklər törətmədən də torpağı azad etmək olar. Bir terrorçunu məhv etmək üçün uşaq-qadın bilmədən bütöv bir binanı, məhəlləni bombalayanlardan fərqli olaraq, Azərbaycan nə mülki əhalini, nə də mülki infrastrukturu hədəf aldı. Erməniləri də, onların havadarlarını da məyus edən bizim dünyaya keçdiyimiz bu insanlıq dərsi oldu. Atalarımız, babalarımız, ulu babalarımızın yaşadığı və onlardan bizə miras qalmış öz halal torpağımızı azad etdiyimiz üçün kimsə bizə bir söz deyə bilmir. Qeyri-insani davranışda bizi ittiham etməyə əllərində heç bir fakt da yoxdur. Ermənistanı yeni savaşa həvəsləndirmələrinin, təhrik etmələrinin, Azərbaycana qarşı Avropa siyasi institutlarında aparılan qərəzli kampaniyanın səbəbi də budur.

Qarabağ artıq azaddır. Ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycan dünyada söz sahibi olan bir dövlətə çevrilib. Azərbaycan və Türkiyənin öncüllüyü ilə günü-gündən güclənən türk birliyi yaranıb və bizim Qarabağ Zəfərimizdən sonra bu birlik Prezident İlham Əliyevin dediyi kimi, “bir ailə”yə çevrilib. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Haqq işi uğrunda şəhid olanların ruhu cənnətə gedər deyilir. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi həssaslığı və diqqəti ilə yenidən qurulan, çiçəklənən Qarabağımız da bizim şəhidlərimizin, o cümlədən Xocalıda şəhid olan vətəndaşlarımızın ruhunun hüzr tapacağı bir cənnətə çevriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları daim şad olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb