QİYMƏTLƏNDİRMƏ PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 27-dən iyunun 4-dək Minsk və Moskva şəhərlərində iqtisadiyyatda qiymətləndirmə problemlərinə həsr olunmuş tədbirlər keçiriləcəkdir.
Dünyanın tanınmış alimlərinin və mütəxəssislərinin iştirak edəcəyi tədbirlərdə Azərbaycanı Milli Məclisin deputatı, MDB Qiymətləndiricilər Birlikləri Şurasının sədri Xanhüseyn Kazımlının başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
Deputatımız “Azərbaycanda qiymətləndirmə fəaliyyəti” mövzusunda çıxış edəcək, bu barədə iştirakçıları məlumatlandıracaqdır.