QİYMƏTLİ KAĞIZLAR BAZARININ İNKİŞAFINA DAİR MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı Fond Birjasında (BFB) müşahidə şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayev iştirak etmişdir.
AZƏRTAC-ın Bakı Fond Birjasından aldığı məlumata görə, iclasda korporativ qiymətli kağızlar bazarının inkişafına dair məsələlər müzakirə olunmuşdur. BFB həmin məsələlərlə bağlı bir sıra faydalı təkliflər irəli sürmüşdür.
Çıxış edənlər açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin birjadankənar ticarətinin məhdudlaşdırılması, birja üzvlərinin vasitəsilə fiziki şəxslərin ticarətə buraxılmasını sadələşdirmək üçün ticarət reqlamentinin təşkili məsələlərinin əhəmiyyətini xüsusi vurğulamışlar. Banklarda qiymətli kağızlarla işləyən ayrıca şöbələr yaradılması barədə təklif BFB-nin üzvü olan banklar tərəfindən yekdilliklə dəstəklənmişdir. İclasda BFB-nin reklam və ictimaiyyətin maarifləndirməsinə dair hazırladığı yeni layihəyə də baxılmışdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayev və müşahidə şurasının üzvləri BFB-nin müzakirəyə çıxardığı təklifləri dəstəkləmiş və birjanın idarə heyətinə gələn ilin inkişaf proqramını hazırlamağı tapşırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]