İQTİSADİYYAT
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNƏ QRANT AYRILMIŞDIR
Dünya Bankının strukturlarından olan Beynəlxalq Maliyyə Korporasiyası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə /QKDK/ 300 min dollar həcmində qrant ayırmışdır.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Hollandiyanın “ATOS” şirkəti, həmin vəsaitlə QKDK-ya, habelə Bakı Fond Birjasına /BFB/ texniki yardım layihəsini həyata keçirəcəkdir. Bu işi əlaqələndirmək üçün işçi qrupu yaradılmışdır.
Gələn ilin fevralında BFB və QKDK-nın əməkdaşları üçün fond birjasının idarə edilməsi xüsusiyyətlərinin öyrənilməsinə dair seminarlar, treninqlər və diskussiyalar keçiriləcəkdir. Hazırda QKDK-nın mütəxəssisləri və “ATOS”-un nümayəndələri seminarlar üçün mövzular hazırlamaq məsələlərini müzakirə edirlər.