SİYASƏT
Q.Karasin: Rusiya Azərbaycanı dost ölkə və strateji tərəfdaş kimi qəbul edir
Moskva, 14 fevral, AZƏRTAC
Rusiya Azərbaycanı dost ölkə və strateji tərəfdaş kimi qəbul edir.
Bu fikri Rusiya Federal Məclisi Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin AZƏRTAC-a müsahibəsində söyləyib.
O qeyd edib ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko arasında olan şəxsi səmimi münasibətlər iki ölkə arasında əlaqələrə də müsbət təsir göstərir.
“Rusiya-Azərbaycan əlaqələrinin tarixi uzaq əsrlərə gedib çıxır və rəsmi Moskva Azərbaycanı özünün dostu, strateji tərəfdaşı hesab edir. Biz hazırda mürəkkəb geosiyasi dövrdə yaşayırıq və Rusiya dostlarının, tərəfdaşlarının qədrini bilir. Rusiya qonşu ölkələrlə sabit münasibətlərin qorunub saxlanmasına tərəfdardır”, - deyə siyasətçi bildirib.
G.Karasin Milli Məclisin sədri Sahibə Qafarovanın Moskvaya səfərinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu cür səfərlər məsələlərin konstruktiv ruhda həllinə şərait yaradır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva