Qlazqoda güclü yanğın dəmir yolu hərəkətində ciddi pozuntu yaradıb
London, 9 mart, AZƏRTAC
Şotlandiyanın paytaxtı Qlazqoda Mərkəzi dəmir yolu stansiyası yaxınlığında baş verən güclü yanğın qatarların hərəkətində ciddi pozuntulara səbəb olub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Union” küçəsində yerləşən elektron siqaret mağazasında baş verən yanğın sürətlə yayılıb. Nəticədə dəmir yolu stansiyasının yaxınlığında Viktoriya dövrünə aid dördmərtəbəli binanı tamamilə alov bürüyüb. Hadisə səbəbindən onlarla qatar reysi ləğv edilib.
Yanğın başladıqdan dörd saat sonra belə, hadisə yerində 60-dan çox yanğınsöndürən alovun qarşısını almağa çalışıb. Hazırda stansiyanın yüksəksəviyyəli platformalarına qatarların gediş-gəlişi tamamilə dayandırılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]