Qobustan rayonunda noxud tədarükü davam edir
Qobustan, 14 iyul, AZƏRTAC
Qobustan rayonunda noxud tədarükü davam edir və hələlik 240 ton məhsul yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsüm üçün əlverişsiz keçən hava-iqlim şəraitində 160 hektarda noxud yetişdirilib ki, bunun 130 hektarı ərzaq, 30 hektarı isə heyvandarlıq üçün yem məhsuludur. Hazırda məhsul yığımına hər gün 6-dan çox texnika çıxarılır və yığılan noxudun 195 tonu ərzaq, 45 tonu isə yem üçündür.
Qeyd edək ki, Qobustanda noxudçuluq ənənəvi təsərrüfat sahəsi hesab olunur. Son illər noxuda olan tələbat bu sahəyə marağı artırıb. Cari mövsümdə ən çox əkin aparılan Cəm-Cəmli ərazi dairəsindəki “Güc dağı” fermer təsərrüfatında, habelə Xilmilli, Sündü, Cəyirli və bir sıra digər ərazi dairələrində daha çox məhsul götürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]